055 - 844 93 92
055 - 844 94 02
[email protected]
Hər birimizin uşaqlıq arzumuz olub. Kiminin arzusu velosiped, kimininki gözəl bir gəlincik, yaxşı məktəb çantası, “Spiderman” paltarı və daha nələr nələr.
Xoşbəxt uşaqlıq illəri dedikdə gözümüzün önündə ailəmiz, keçirdiyimiz gözəl zaman və reallaşan arzularımız canlanır. Keçirdiyimiz uşaqlıq bütün gələcək həyatımıza təsir edir, xatirələrimizin əsas özülü olur. Amma heç də hamının xoşbəxt uşaqlıq illəri olmur. Bir çoxlarının qəlbində yerinə yetirilməyən uşaqlıq arzusu əlbətki olur. O arzuları reallaşdırmaq isə heç də həmişə alınmır. Bəzən maddi imkan, bəzən kimsəsiz olmaq bu arzuların reallaşmasına mane olur.
“ASAN Məktub” layihəsi isə bu işdə əsas vasitəçidir. Sosial statusundan, yaşından asılı olmayaraq bütün insanları mənəvi bir bağ ətrafında birləşdirən, “Sevinc paylaşdıqca çoxalır” prinsipinə əsaslanan “ASAN Məktub” layihəsi arzu və xəyalları gerçəkləşdirir.
Bu layihənin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Belə ki, “ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.
To Top ↑