Təlimat

"ASAN Məktub - Təlimat

Hörmətli vətəndaş, ilk öncə sizə bu sosial layihəyə qoşulduğunuz üçün dərin minnətdarlığımızı bildirir və layihə çərçivəsində öhdəliyinizə götürdüyünüz təqdirdə məktubla bağlı görüləcək işlərə dair təlimatları nəzərinizə çatdırırıq:

  • Bildirmək istəyirik ki, öhdəliyinizə götürdüyünüz bir məktubla sayıla bilməyəcək qədər böyük sevincə səbəb olacaqsınız, bunun üçün həqiqətən məktubda qeyd olunanları reallaşdırmaq istədiyiniz təqdirdə müraciət etməyiniz xahiş olunur.
  • Alınan hədiyyələr yeni alınmış və tamamilə işlənməmiş olmalıdır.
  • Sizinlə əlaqə saxlanılması üçün, müraciətinizdə qeyd etdiyiniz e-poçt adresi və əlaqə telefonu işlək vəziyyətdə olmalıdır.
  • Məktubu öhdəliyinizə götürdüyünüz anda Sizə dərhal müraciətinizin qeydə alınması ilə əlaqədar mail ünvanlanacaq (e-poçt adresi qeyd etdiyiniz təqdirdə) və ən qısa zamanda (ən geci 3 iş günü müddətinə) ASAN Qasid vasitəsilə Sizinlə əlaqə yaradılacaqdır.
  • Şəffaflığın qorunması məqsədilə məktubların reallaşdırılması pul vəsaiti formasında nağd və ya nağdsız ödəniş şəklində deyil, bilavasitə hədiyyələrin təqdim olunması şəklində nəzərdə tutulmuşdur.
  • Hədiyyələrin alınması və təqdim edilməsi aktlaşdırılır.
  • Layihə çərçivəsində hər iki tərəfin şəxsi məlumatlarının məxfiliyi tamamilə təmin olunur.