Tez-tez verilən suallar

  • Məktubda yazılan bütün hədiyyələri almaq mütləqdirmi?

    Uşaqların arzularının reallaşdırılması üçün tövsiyyə olunur ki, hədiyyələri tam şəkildə alasınız. Hədiyyələrin hər birini almaq mümkün deyilsə, büdcənizə uyğun olaraq zəruri hesab etdiklərinizi alaraq bizə təhvil verməyiniz mümkündür.

  • Hədiyyəni almağa vaxtım olmadığı halda pul verə bilərəmmi?

    Şəffaflığın qorunması məqsədilə məktubların reallaşdırılması pul vəsaiti formasında nağd və ya nağdsız ödəniş şəklində deyil, bilavasitə hədiyyələrin təqdim olunması şəklində nəzərdə tutulmuşdur.

  • Hədiyyələrin çatdırılmasında iştirak edə bilərəmmi?

    Təqdim etdiyiniz hədiyyələri, Biz "ASAN Məktub" komandası olaraq məktubun balaca sAhiblərinə çatdırırıq. Hər iki tərəfin şəxsi məlumatlarının qorunması məqsədi ilə bu prosesdə vətəndaşların iştirakı qəbul olunmur.

  • Hədiyyələrin uşağa çatdırılmasını necə bilirik?

    Sizin tərəfinizdən alınan hədiyyələr məktubların balaca sahiblərinə təhvil verilərkən, xüsusi fotoşəkillər çəkilir. Hesabatlılığı təmin etmək məqsədilə bu fotoşəkillər Sizə e-poçt vasitəsi ilə göndərilir

  • Məktubu öhdəliyə götürdükdən sonra alınacaqlar, alınacaqların kimə və harada çatdırılması barədə məlumatı haradan ala bilərəm?

    Qeydiyyatınızı tamamladıqdan sonra 3 iş günü ərzində ASAN Qasidlər vasitəsilə Sizinlə əlaqə saxlayaraq uyğun vaxt və yer müəyyənləşdirərək hədiyyələri sizdən təhvil alır.

  • Öhdəliyə götürülən məktubu yenidən götürmək mümkündürmü?

    Saytda yerləşdirilən hər bir məktub yalnız bir vətəndaş tərəfindən öhdəliyə götürülə bilər. Öhdəliyə götürülən məktub saytda aktiv məktublar bölməsindən avtomatik olaraq silinir.

  • Məktubu öhdəliyimə necə götürürəm ?

    Siz, məktubu öhdəliyə götürmək üçün seçilən məktubun altında yerləşən "Mən məktuba cavab olaraq, hədiyyələri almağı öz öhdəmə götürürəm" bölməsini tam şəkildə doldurmalısınız. Öhdəliyə götürülmə zamanı təlimatla tanış olmağınız mütləqdir. Qeydiyyatınız tamamlandıqdan sonra elektron poçtunuza təsdiq maili göndərilir.

  • Sizinlə necə əməkdaşlıq edə bilərik ?

    Bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, sayta daxil olmaqla “Əlaqə” bölməsi, rəsmi e- poçt ünvanı və ya əlaqə nömrələri vasitəsilə müraciətinizi bildirə bilərsiniz

  • Layihəyə könüllü olaraq qoşula bilərəmmi?

    "ASAN Məktub" komandası, yalnız "ASAN ximdət" mərkəzlərində fəaliyyət göstərən cari və məzun könüllülərdən ibarətdir.

  • Xaricdə yaşayıram, məktubda qeyd olunan hədiyyələri necə çatdıra bilərəm?

    “ASAN Məktub” çərçivəsində dəfələrlə xaricdə yaşayan həmvətənlərimiz və əcnəbi vətəndaşlar tərəfindən alınan hədiyyələr bizə göndərilmişdir. Bu hədiyyələri bizə karqo, poçt və ya Azərbaycanda yaşayan qohum, tanışlarınız vasitəsi ilə çatdıra bilərsiniz.