Xəbərlər

"ASAN Məktub" Bərdədə

 "Təmiz Şəhər" ASC tullantılar arasından aşkarlanaraq toplanan pulları "ASAN Məktub" vasitəsilə xeyriyyə məqsədi ilə istifadə edib. Bu pullar “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı bir il ərzində tullantılar arasından çeşidlənərək yığılıb. Toplanan vəsaitlə Bərdə və ətraf rayonlardan www.asanmektub.az saytına istək məktubları ilə müraciət edən uşaqların arzuları gerçəkləşdirilib.

“Təmiz Şəhər” ASC-nin fəaliyyəti nəticəsində toplanan və 160 kiloqramdan çox olan müxtəlif nominallı qəpiklər xeyriyyə məqsədilə xərclənərək, bu vəsaitin dövriyyəyə qaytarılması təmin edilib.

Göstərdiyi dəstəyə görə Personaj Agency’ə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və vətəndaşlarımıza öz təşəkkürümüzü bildiririk !

 

  • 19.03.2019