Xəbərlər

"ASAN Məktub" Leykemiyalı uşaqlarla

“ASAN Məktub” bu dəfə “Bakcell” şirkətinin tərəfdaşlığı, “Personaj Agency” dəstəyi ilə leykemiyadan əziyyət çəkən 20 uşağın sevincinə səbəb olub.
Tədbirdə B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitunda müalicə alan uşaqlara bayram əhval-ruhiyyəsi yaratmaq üçün müxtəlif oyunlar keçirilib. Hədiyyələri balacalara Şaxta baba və Mikcey mouse təqdim edib. Keçirilən əyləncə proqramı isə bütün uşaqların üzündə təbəssümün yaranmasına səbəb olub.
Qeyd edək ki, “Bakcell” şirkəti həmçinin “ASAN Məktub” layihəsinə mobil rabitə dəstəyi göstərir.

  • 29.12.2018