Xəbərlər

ASAN Məktub Qazaxın cəbhə bölgəsində

Bank tərəfindən bu dəfə Qazax rayonunun cəbhəyanı kəndi olan Cəfərlidə 150-yə yaxın kiçik ürəyə sərhədsiz sevinc bəxş edilib. Belə ki, adıçəkilən kəndin kiçik sakinləri öz arzulаrını www.asanmektub.az saytında yerləşdirib. Onlar əsas istəkləri kimi isti qış paltarı, ayaqqabı, gödəkcə, məktəb ləvazimatları qeyd ediblər.

Tədbirdə uşaqların arzularının gerçəkləşdirilməsi ilə yanaşı onlara əsl bayram ab-havası yaşadılıb. Hədiyyələri balacalara “Personaj Agency” tərəfindən verilən Şaxta baba təqdim edib. Elə Şaxta babanın da iştirakı ilə keçirilən əyləncə proqramı isə kənd sakinlərinin sevincinə sevinc qatıb, tədbirə qatılan hər bir uşağa oyuncaqlar hədiyyə olunub.

Tədbirdə göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinə təşəkkür edirik!

  • 18.12.2018