Xəbərlər

"ASAN Məktub" sevinc bəxş etməyə davam edir

Bir müddət öncə "ASAN Məktub" komandası tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə uşaqlara məktublar yazdırıb. Vətəndaşlar tərəfindən sayt vasitəsilə öhdəliyə götürülən məktubların hədiyyələri təhvil alınıb və ümumilikdə 29 uşağa hədiyyələr təqdim olunub. Öz hədiyyələrinə qovuşan uşaqların üzlərindəki təbəssümün gözəlliyini hər bir kəsin görməsini arzulayırıq. Dəstək göstərən bütün şəxslərə təşəkkürümüzü bildiririk.

 

#AKT #ASANKönüllülər #ASANMəktub

  • 14.02.2019