Xəbərlər

"Çərpələng"in ilk uçuşu reallaşdı.

Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki uşaq sığınacağının sakinlərini təhsilə cəlb etmək məqsədilə fəaliyyət göstərən “Çərpələng” məktəbəqədər təhsil kursu “ASAN könüllüləri” təşkilatının dəstəyi ilə sentyabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında “Çərpələngin ilk uçuşu” adlı tədbir keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə sosial məsuliyyət anlayışını genişləndirmək, valideyn himayəsindən məhrum olan uşaqların təhsil və digər problemlərinin həllində cəmiyyətin rolunu göstərmək, sığınacağın sakinlərinin daha keyfiyyətli təhsil almalarına şərait yaratmaqdır.

Tədbirdə uşaq sığınacağının balaca sakinlərinin hazırladığı teatr səhnəcikləri, rəqslər nümayiş etdirilib, şeirlər, musiqilər səsləndirilib.

Konsertin bilet satışından əldə olunan gəlir sığınacaqda məskunlaşmış uşaqların təhsilinə sərf ediləcək.

“Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hisslərini aşılayan bu layihəwww.asanmektub.az internet səhifəsi vasitəsilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzularını gerçəkləşdirir.

Sonda uşaqlara ASAN könüllüləri tərəfindən hədiyyələr təqdim edilib.

Göstərdiyi dəstəyə görə EDELVEİSS Gül salonuna və "Romantic" mağazalar şəbəkəsinə minnətdarlığımızı bildiririk.

  • 04.10.2016