Xəbərlər

Novruz tədbirləri davam edir

“ASAN Məktub” Novruz bayramı ərəfəsində uşaqları sevindirməyə davam edir!


Bu dəfə “ASAN Məktub” və AS Group Investment komandası Masallı rayonunda yaşayan uşaqlar üçün bayram tədbiri təşkil edib. Masallı "ASAN Həyat" Kompleksində baş tutan tədbirdə Novruz bayramının simvollarından olan Kosa və Keçəlin təqdimatında şou göstərilib, uşaqlara hədiyyələr təqdim olunub. Tədbir zamanı ümumilikdə www.asanmektub.az saytına istək məktubları yerləşdirilmiş 76 uşağa hədiyyələri təqdim olunub.


Göstərdiyi dəstəyə görə Personaj Agency’ ə və vətəndaşlarımıza öz təşəkkürümüzü bildiririk !

 

#ASANMektub #ASGroupInvestment #PersonajAgency #Novruz #AKT#ASANYouth #ASANVolunteers #ASANMəktub

  • 20.03.2019