Xəbərlər

"Xeyriyyə xonçası" aksiyası yekunlaşıb

“ASAN Məktub” uşaqları sevindirməyə davam edir!
Bu dəfə “ASAN Məktub” , Lalafo və Global Shapers Baku Hub komandası “Xeyriyyə xonçası” aksiyası çərçivəsində İmişli rayonunda yaşayan uşaqlar üçün sevinc yaşadıb!

Aksiya çərçivəsində ilk olaraq www.lalafo.az saytında https://xonca.lalafo.az/ bölməsi yaradılıb və sayt istifadəçiləri həmin bölmədən uşaqlar tərəfindən yazılan istəkləri əks etdirən ASAN məktublarla tanış olub, seçdikləri məktubun hədiyyəsini Lalafo komandasına təqdim ediblər.

Hədiyyələrin toplanma prosesi yekunlaşdıqdan sonra İmişli rayonunda 63 uşağa məktublarda qeyd etdikləri istəklər təqdim olunub və Murad Arifin iştirakı ilə konsert proqramı keçirilib.


Göstərdiyi dəstəyə görə Murad Arifə, Personaj Agency'ə və vətəndaşlarımıza öz təşəkkürümüzü bildiririk !

 

#ASANMektub #GlobalShapersBakuHub #Lalafo #PersonajAgency #AKT#ASANYouth #ASANVolunteers #ASANMəktub #MuradArif 

  • 27.03.2019