Xəbərlər

“ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə ənənəvi “Child Love” adlı xeyriyyə tədbiri baş tutub.

“ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə 1 iyun 2016-cı il tarixində ənənəvi “Child Love” adlı xeyriyyə tədbiri baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd, valideyn himayəsindən məhrum olan uşaqlara maraqlı və xoş gün yaşatmaq, onların cəmiyyətə yenidən qazandırmaq, bununla da sosial məsuliyyətliliyin əhəmiyyətini cəmiyyətimizə bir daha çatdırmaqla bu mövzunu gənclər arasında təbliğ etməkdir. Tədbirdə 200-ə yaxın uşaq iştirak etmişdir.Tədbir tanınmış müğənnilərin konsert proqramı ilə davam edib. Tədbirin təşkil olunmasında yaxından iştirak edən ASAN Könüllüləri, balacalarla diqqət və qayğı göstərmiş birlikdə əyləncəli gün keçirmişlər.

Qeyd edək ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirin təşkilatçıları Fikrət Qasımzadə və Tural Babayev olub.

  • 01.06.2016