Xəbərlər

ASAN könüllülərindən ahıl şəxslərə dəstək

"Təmiz Şəhər" ASC ASAN Könüllüləri ilə həmrəy oldu. Belə ki, www.asanmektub.az saytına yerləşdirilmiş 65 yaşdan yuxarı tənha yaşayan bir neçə insanın məktubu onlar tərəfindən öhdəliyə götürülüb və ehtiyaclar sahiblərinə çatdırılıb.

Qeyd edək ki, ehtiyaclar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda çeşidlənən qəpiklər hesabına qarşılanıb.

Siz də bizimlə həmrəy olun, bir məktubu da siz gerçəkləşdirin #BizBirlikdəGüclüyük #evdəqaldəstəkol

  • 04.04.2020