Xəbərlər

“ASAN Məktub” bu dəfə Şəmkirin dağ kəndlərinin balaca sakinlərini sevindirdi.😍

“ASAN Könüllüləri” Təşkilatı və 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Nurlan Həsənovun ( Dr. Nurlan Hasanov) birgə təşkilatçılığı ilə “ASAN Məktub” sosial proqramı çərçivəsində Şəmkir rayonunun Ələsgərli və Dağ Daşbulaq kəndində 57 aztəminatlı uşağın əlçatan arzuları gerçək oldu.

Proqram çərçivəsində həyata keçirilən bu təşəbbüs ilə www.asanmektub.az saytına məktub göndərən uşaqların arzuları tez bir zamanda hədiyyə olaraq çatdırıldı.

  • 02.11.2021