Xəbərlər

“ASAN Məktub” çərçivəsində 65 yaşdan yuxarı tənha insanlara dəstək davam edir

Koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə tәtbiq olunan karantin və sosial izolyasiya rejimindә tənha və ahıl insanlara diqqət və qayğının daha da artırılması mühüm əhəmiyyət kəsb edir.

Həyata keçirilən genişmiqyaslı mübarizə tədbilərinə dəstək verilməsi istiqamətində “ASAN Məktub” sosial proqramı çərçivəsində Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və "ASAN Könüllüləri" Təşkilatı birlik nümayiş etdirərək, yüksək riskli yaş qrupuna daxil olan, evdən çıxmaq imkanı mәhdudlaşmış tәnha, ahıl və yataq xəstəsi olan şəxlərə yardım göstərmək məqsədilə görülən işlərə öz töhfələrini veriblər.

Belə ki, www.asanmektub.az saytında yerləşdirilmiş məktublardan bir qismi Dövlət Gömrük Komitəsi tərəfindən öhdəliyə götürülüb. Müraciətlər üzrə alınmış ərzaq məhsulları Könüllü gömrükçülər, ASAN könüllüləri və "Ailəm" könüllüləri tərəfindən Bakı şəhəri ilə yanaşı ətraf kənd və qəsəbələrdə yaşayan tənha və ahıl şəxslər arasında paylanılıb.

 

 Bu gün ölkədə tətbiq olunan xüsusi sosial təcrid vəziyyətində gücləri birləşdirmək və bir-birimizə yardım göstərmək zamanıdır. Həssas və risk qrupundan olan ailələrə, köməyə ehtiyacı olan şəxslərə, xüsusən də tənha və yaşlı insanlara yardım əli uzatmaqla onlara öz dəstəyimizi göstərə bilərik.

  • 18.04.2020