Xəbərlər

“ASAN Məktub” çərçivəsində uşaqlara antiseptik vasitələr təqdim olunub

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, uşaq evlərində yaşayan uşaqlar və aztəminatlı ailələrin uşaqlarına antiseptik vasitələrin verilməsi məqsədi ilə təşkil olunan sosial layihəyə dəstək verdi. Layihə PAŞA Bankın sponsorluğu ilə ABAD publik hüquqi şəxs (Ailə Biznesinə ASAN Dəstək) və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı tərəfindən həyata keçirilmişdir.

Layihənin təşkilatçıları uşaqların diqqətini sağlamlığın gücləndirilməsi və gigiyena qaydalarına riayət etmənin vacibliyi kimi məqamlara yönəltdi.

Qeyd etmək lazımdır ki, ümumilikdə layihə çərçivəsində Bakıda və regionlarda yaşayan 550-dən çox uşaq əhatə olunmuşdur. Layihə iştirakçıları tərəfindən təqdim olunan antiseptik vasitələr ABAD-ın dəstəyi ilə kiçik sahibkar ailə tərəfindən istehsal edilmişdir.​

  • 10.07.2020