Xəbərlər

ASAN Məktub Fəxri Fərmanla təltif edilib.

"ASAN Məktub" layihəsi çərçivəsində leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların məktubları sayta yerəşdirilmiş və xeyirxah vətəndaşlar tərəfindən öhdəliyə götürülmüşdür. Vətəndaşlardan təhvil alınmış hədiyyələr 2015-ci il dekabr ayının sonu və 2016-cı il yanvar ayı ərzində uşaqlara çatdırılmışdır.

Sağlamlıq uğrunda mübarizə aparan 60 körpə fidanın böyük sevincinə səbəb olan ASAN Məktub layihəsi leykemiyalı uşaqlara biganə qalmadığı üçün və onlara göstərdiyi qayğıya görə 15 fevral Ümumdünya Uşaq Xərçəngi gününə həsr olunmuş tədbirdə Fəxri Fərmanla təltif edilib.

  • 24.02.2016