Xəbərlər

“ASAN Məktub” Füzulidə

 “ASAN məktub” layihəsi 2016-cı ilin Sentyab ayında Füzulidən olan uşaqları sevindirib. Belə ki, Aprel hadisələri zamanı “ASAN Məktub” komandası Füzulinin balaca sakinləri ilə görüş keçirib, balacalar öz istək və arzularını “ASAN məktub”a ünvanlayıb.
Layihədə “ASAN qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə balaca sahiblərinə çatdırılıb.
Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi sosial qayğıya ehtiyacı olan 14 yaşadək uşaqların arzu və istəklərini heç bir maddi qazanc güdmədən həyata keçirməkdir.

  • 20.09.2016