Xəbərlər

"ASAN Məktub" Füzulidə

Uşaqlar - xoşbəxtlikdir, uşaqlar - sevincdir, uşaqlar istər öz valideynləri, nənə-babaları, doğmaları, istərsə də ətraf mühitdə yaşayan digər insanlar, xüsusən böyüklər üçün həmişə sevinc mənbəyidir. Uşaqları qayğılardan uzaq saxlamağın və onlara sevinc hissi bəxş edilməsinin mənəvi dəyərini anlayan "ASAN Məktub" layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Füzulinin məcburi köçkün ailələrin məskunlaşdığı 4 Zobucuq qəsəbəsində 17 uşağa yazdırılmış məktublar öhdəçiliyə götürülüb və 11.08.2017 tarixində balacalara təqdim edilmişdir.

  • 15.08.2017