Xəbərlər

"ASAN Məktub"la arzular gerçəkləşir

“ASAN Məktub” çərçivəsində Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə ASAN könüllüləri cəbhəyanı ərazilərdə yaşayan və müharibənin fəsadlarından əziyyət çəkmiş uşaqların görüşünə gediblər.Azyaşlıların keçirdikləri psixoloji gərginliyi aradan qaldırmaq, əhval-ruhiyyələrini yüksəltmək məqsədilə onlara müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, PAŞA Bank dəfələrlə ASAN Könüllüləri ilə birgə sosial layihələrdə iştirak edib, eləcə də www.asanmektub.az saytı vasitəsilə uşaqların arzularını gerçəkləşdirib.

Bu günədək “ASAN Məktub” çərçivəsində ümumilikdə 6000-dən çox uşaq istəklərinə qovuşub.

  • 24.12.2020