Xəbərlər

"ASAN Məktub"la Yeni il sevinci davam edir

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində "ASAN Məktub" çərçivəsində tədbir keçirilib. Belə ki, uşaqları sevindirmək və onların arzularını reallaşdırmaq məqsədilə Sumqayıt regional "ASAN xidmət" mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə 23 məktub öhdəliyə götürülüb və hədiyyələr alınıb. Tədbirin giriş hissəsində mərkəzin istedadlı könüllüləri azyaşlıları öz musiqi ifaları ilə təbrik ediblər.

  • 08.01.2020