Xəbərlər

"ASAN Məktub" Lahıcda

"ASAN Məktub" 2016-cı ilin 22 iyul tarixində Lahıcda olan uşaqları sevindirdi. 
Öz hədiyyələrinə qovuşan Lahıclı balacalar daha sonra Lahıcda qurulmuş ASAN Könüllülərinin "Həmrəylik Düşərgəsi"lə tanış olublar.

“ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları reallaşdırılır. Layihə çərçivəsində həmin uşaqlar öz istəkləri barədə məktub yazır, vətəndaşlar tərəfindən “ASAN məktub”a məxsus olan sosial şəbəkəyə daxil olaraq bu məktublardan birini öhdəliklərinə götürür və orada yazılan istəkləri reallaşdırırlar.

  • 01.08.2016