Xəbərlər

"ASAN Məktub"lu şam ağacı 6 saylı Bakı “ASAN xidmət” mərkəzində !

6 saylı Bakı “ASAN xidmət” mərkəzində olan "ASAN Məktub"lu şam ağacımız Azərbaycanın müxtəlif guşələrindən olan balaların arzuları ilə bəzədilib.

Siz də mərkəzə yaxınlaşıb məktubları seçərək, bir uşağın arzusunu reallaşdıra bilərsiniz!

Sosial proqram çərçivəsində 3 yaşdan 14 yaşadək qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazır və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olurlar.

Bu günə kimi 6721 uşağın arzusu reallaşıb. 💙

  • 28.12.2021