Xəbərlər

"ASAN Məktub" Masallıda

19 noyabr tarixində Masallı “ASAN həyat” kompleksində “Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Masallı rayonunda yaşayan aztəminatlı, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan 52 uşağın “ASAN məktub” layihəsi vasitəsi ilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş istək məktubları reallaşdırılıb.

  • 01.12.2016