Xəbərlər

"ASAN Məktub" Ramazan bayramında körpələri sevindirdi.

ASAN Məktub Ramazan bayramında da uşaqların sevincinə səbəb olub. Belə ki, 2016-cı ilin iyul ayında Yevlax rayonundan olan sosial cəhətdən həssas qruplara aid 71 uşaq istək və arzularını ASAN Məktuba ünvanlayıb. Ünvanlanmış məktublar xeyirsevər vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb. Layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 71 hədiyyə öz balaca sahiblərinə çatıdırılıb.
Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi, heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.

  • 01.08.2016