Xəbərlər

"ASAN Məktub" Ümid yeri uşaq sığınacağında

GoldenPay/Hesab.az və “ASAN Könüllüləri” Təşkilatının “ASAN məktub” sosial proqramı çərçivəsində növbəti xeyriyyə məqsədli əməkdaşlıq baş tutub.

Uşaqları sevindirmək və onların arzularını reallaşdırmaq məqsədilə GoldenPay / Hesab.az əməkdaşlarının təşəbbüsü ilə "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin uşaqlarından www.asanmektub.az saytına gələn 53 məktub öhdəliyə götürülüb və hədiyyələri alınmışdı.

GoldenPay / Hesab.az rəhbərliyinin və ASAN könüllülərinin iştirakı ilə sığınacağın balaca sakinləri hədiyyələrinə qovuşdular. Hədiyyələrinə qovuşan balaca uşaqların sevincinin həddi-hüdudu yox idi.

  • 12.02.2020