Xəbərlər

"ASAN Məktub"un "Bu Bayramda 1 Məktub" aksiyası start götürdü

Hər bir uşaq bayramı səbrsizliklə gözləyir. Çünki Bayramda yeni geyimlər geyinilər, oyuncaqlar alınar, insanlar bir-birlərinə hədiyyələr verərlər. Buna görə də Bayramlar xoşbəxtlikdir, Bayramlar sevincdir.

Müqəddəs Qurban bayramı ilə əlaqədar olaraq "ASAN Məktub" bu dəfə "Bu Bayramda 1Məktub" şüarı altında uşaqların sevincinə səbəb olacaq qəhrəmanları axtarmağa davam edir.
Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girər. "1 Məktub" la bu bayramda onları sevindir və onun sevincinin səbəbkarı SƏN ol!

Hal- hazırda saytımızda 32 məktub reallaşmaq üçün gözləyir. Məktublarla tanış olmaq üçün asanmektub.az saytına daxil ola bilərsiniz.

  • 23.08.2017