Xəbərlər

"ASAN Məktub" və "Avrora Qrup" Yeni ildə sevindirdi!

"ASAN Məktub" sosial proqramı bu dəfə "Avrora Qrup" şirkəti ilə tərəfdaşlıq çərçivəsində bir neçə regiondan olan uşaqların istək məktublarını gerçəkləşdirib. Yeni il öncəsi tərəfdaşlıq çərçivəsində Sabirabad, Sumqayıt, Bərdə və Şəki regionundan olan, ümumilikdə 60 uşağın sevincinə birlikdə səbəb olduq. Bu prosesdə bizə dəstək olduğu üçün "Avrora Qrup" ( Avrora Group ) və əlaqəli şəxslərə təşəkkür edirik.

  • 29.12.2021