Xəbərlər

ASAN məktublar BRAVO hipermarketlərdə

"ASAN Məktub" sosial proqramı ənənəyə sadiq olaraq "BRAVO Hipermarket" ilə əməkdaşlıq çərçivəsində qış aylarında uşaqların istəklərini reallaşdıraraq onları sevindirməyə davam edir. 

2019-cu il 1-30 dekabr tarixi ərzində Yeni il üçün şam ağacında yerləşdirilən məktublardan birini seçə, 3-14 yaş arası uşaqların arzuları ilə tanış ola bilərsiniz. Qeyd edək ki, seçdiyiniz məktub üzrə hədiyyəni "ASAN Məktub" stendinə təqdim edə bilərsiniz və ya sizə uyğun məkanda və zamanda ASAN Könüllüləri hədiyyəni sizdən təhvil götürə bilərlər. Hədiyyələr sahiblərinə çatdırılarkən fotoşəkil çəkilir və xeyriyyəçi vətəndaşın elektron poçtuna göndərilir. 

 

Qeyd: "ASAN Məktub" stendləri olan hipermarketlərin ünvanları:

  • Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 4
  • "Koroğlu" m/s, Heydər Əliyev prospekti 172
  • "20 Yanvar" m/s, Tbilisi prospekti, 3007-ci məhəllə
  • 01.12.2019