Xəbərlər

ASAN qasidlərin yeni qrupu fəaliyyətə başlayıb

"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramında iştirak edən yeni könüllü qrupuna təlim keçirilib.

Qeyd edək ki, ASAN qasidlər proqram çərçivəsində sosial həssas qrupa aid uşaqlarla görüşüb onlara arzularını əks etdirən məktublar yazdırırlar. Yazdırılan məktublar www.asanmektub.az saytı vasitəsilə vətəndaşlar tərəfindən öhdəliyə götürüldükdən sonra qasidlər hədiyyəni vətəndaşdan təhvil alıb məktub sahibinə çatdırırlar. Yekunda öhdəçi vətəndaşa hədiyyənin çatdırılması barədə fotoşəkil göndərilir.

  • 22.10.2019