Xəbərlər

Bonuslarla xoşbəxt edirik

Unibank Mobile bonuslarını “ASAN MƏKTUB”a hədiyyə edən vətəndaşlar sayəsində 8 uşağın arzusu gerçəkləşdirilib. Qeyd edək ki, hədiyyə olunan bonuslar vasitəsilə www.asanmektub.az saytına Lənkəran rayonundan məktub ünvanlamış 8 uşağın məktublarında qeyd etdiyi hədiyyələr alınmışdır. "ASAN Məktub" komandası təhvil verilən hədiyyələri dərhal sahiblərinə çatdırıb.

  • 13.01.2020