Xəbərlər

Bu günün oxucusu, Sabahın qurucusu!

 

Qeyd edək ki, aksiyaya dəstək olan şəxslərdən toplanmış bu kitablar ucqar rayonlarda yaşayan azyaşlı vətəndaşlarımıza paylanacaq.

Bildirək ki, sözügedən ərazilərdə kitabxanalar, vətəndaşların maariflənməsi üçün oxu köşkləri bir qədər məhduddur. Aksiyanın əsas məqsədi toplanmış kitabları ucqar rayonlarda yaşayan balaca fidanlarımıza hədiyyə etməklə onların maariflənməsinə az da olsa töhfə verməkdir. Hədiyyə edəcəyiniz nağıl kitabları, ensiklopediya kimi rəngarəng və maraqlı kitablar onların dünyagörüşünün artırılmasına təkan verəcəkdir.  Unutmayaq ki, uşaqlar ölkəmizin gələcəyidir. Onların dünyagörüşü, savadı vətənimizin gələcəyinə yatıra biləcəyimiz ən böyük investisiyadır.

Bildirmək istərdik ki, kitabları əldə edən hər bir uşaq sonda kitabın xülasəsini və eyni zamanda ordan çıxardığı nəticəni bizlə paylaşacaq və beləliklə biz də əmin olacağıq ki doğurdan da sabahımıza töhfə vermişik. Bağışlayacağınız kitabların daha çox dünyagörüşü artıracaq istiqamətli olmağı arzuolunandır.

Əgər siz də aksiyaya qoşulmaq istəyirsinizsə özünüzə ən yaxın “ASAN xidmət” mərkəzinə müvafiq köşklərə yaxınlaşa və öz kitablarınızı hədiyyə edə bilərsiniz.

  • 13.02.2016