Xəbərlər

“DrinkART: bir fincan incəsənət” sərgisi vasitəsilə arzular gerçəkləşib

Bir müddət əvvəl Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən “Art Tower” qalereyasında  “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin və ADA Universitetinin təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART: bir fincan incəsənət” sərgisi baş tutub.
Layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etmək olub.

Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və karton fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri yerləşdirilib. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdiriblər.

Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" sosial proqramı çərçivəsində uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə edilib.
Əldə olunan məbləğlə www.asanmektub.az saytına məktub ünvanlamış 3 uşağın istəkləri üzrə hədiyyələr alınaraq ASAN könüllüləri tərəfindən sahiblərinə çatdırılıb.

  • 25.02.2020