Xəbərlər

Könüllülük sərhəd tanımır aksiyası

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 500 gənc könüllünün iştirakı ilə “Könüllülük Sərhəd Tanımır!” aksiyası baş tutub.

ASAN Könüllüləri, Gənc Könüllülər, RİİB Könüllüləri, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri, DOST könüllüləri, Gömrük könüllüləri və digər hərəkatları təmsil edən könüllülər Lənkəran, Zaqatala, Şəki, Quba, Mingəçevir, Gəncə və Bakıda yerləşən uşaq evləri və internat məktəblərini ziyarət edərək öz dəstək və qayğılarını nümayiş etdirib, onlarla müxtəlif oyunlar oynayıb və əyləncəli proqramlar təşkil ediblər. Həmçinin aksiya çərçivəsində 500-dən çox uşağa arzularını əks etdirən məktublar yazdırılıb və www.asanmektub.az saytına yerləşdirilib.

  • 05.12.2019