Xəbərlər

Neftçaladan olan uşaqların istəkləri gerçəkləşdirilib

Neftçala rayonunda yaşayan 60-dək uşağın bir müddət əvvəl tədris ilinin başlanması ilə əlaqədar "ASAN Məktub" sosial proqramına müraciətləri qeydə alınıb. Müraciətlər əsasında Unibankın "uBank" tətbiqi tərəfindən uşaqlara məktəb ləvazimatları, ailələrinə isə Badamlı şirkəti tərəfindən içməli sular təqdim edilib. Qısa zaman ərzində ASAN Könüllüləri hədiyyələri sahiblərinə çatdırıblar.

Siz də sayta yerləşdirilmiş məktubları öhdəliyə götürməklə sosial həssas qrupa aid uşaqların istəklərini gerçəkləşdirə bilərsiniz: http://asanmektub.az/az/mektublar

#asanməktub #unibank #uBank #badamlı #asanyouth #xeyriyyə #charity

  • 23.09.2020