Xəbərlər

"Starex" şirkəti “ASAN Məktub” sosial proqramına dəstəyini davam etdirir!

"Starex" şirkəti 2020-ci il 8 aprel tarixindən 30 aprel tarixinədək Türkiyə və Amerikadan gətirilən bağlamalara görə əldə edilən gəlirlə “ASAN Məktub” sosial proqramına dəstək olub. Bu müddət ərzində ümumilikdə 10 723 manat məbləğ ianə edilib. Toplanan məbləğlə ölkənin 16 şəhər və rayonundan (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Masallı, Kürdəmir, Tovuz, Sabirabad, Şamaxı, Şəki, Qəbələ, Quba, İmişli, Zərdab, Ağcabədi) www.asanmektub.az saytına məktubları yerləşdirilmiş 275 ahıl və tənha insanın ehtiyacları üzrə ərzaq və dərman vasitələri alınıb. Alınmış məhsullar ASAN könüllüləri vasitəsilə ehtiyac sahiblərinin evlərinə çatdırılıb. 

www.asanmektub.az saytına daxil olaraq bir məktubu da siz gerçəkləşdirin 💌

Ətraflı: ▶️starex.az/social-responsibility

  • 18.05.2020