Uşaq evinin sakinlərinə şəxsiyyət vəsiqəsi verildi
ASAN Könüllüləri Təşkilatının “ASAN Məktub” layihəsi çərçivəsində 6 fevral tarixində Nizami rayonu 1 saylı uşaq evinin 14 sakininə şəxsiyyət vəsiqəsi verilib.
1 saylı "ASAN xidmət" mərkəzində baş tutan tədbirdə uşaqlara könüllülər tərəfindən hədiyyələr də təqdim olunub.