Xəbərlər

Xüsusi karantin dövründə yaşlılara yardım aksiyası yekunlaşdı

Ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə müraciətləri www.asanmektub.az saytına yerləşdirilmiş yaşı 65-dən yuxarı tənha yaşayan 1044 insan zəruri ərzaq və dərman vasitələri ilə təmin edilib. Qeyd edək ki, sözügedən məhsullar ölkənin 16 şəhər və rayonundan (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Masallı, Kürdəmir, Tovuz, Sabirabad, Şamaxı, Şəki, Qəbələ, Quba, İmişli, Zərdab, Ağcabədi) olan ehtiyac sahiblərinə çatdırılıb.
Bu prosesdə yükək həssaslıq göstərən, çağırışımıza qoşularaq dəstək olan vətəndaşlara və təşkilatlara dərin minnətdarlığımızı bildiririk.

Biz birlikdə güclüyük!

#BizBirlikdəGüclüyük
#evdəqaldəstəkol
#AKT #AKM #ASANKönüllüləri #ASANVolunteers
#Starex #könüllügömrükçü #AİLƏM #AKƏM #AİK #Unibank #Bizimtarla #Biganəqalma #Təmizşəhər #Badamlı #ASANRadio #BakuBookCenter

  • 26.05.2020