Xəbərlər
28.12.2021
"ASAN Məktub"lu şam ağacı 6 saylı Bakı “ASAN xidmət” mərkəzində !
6 saylı Bakı “ASAN xidmət” mərkəzində olan "ASAN Məktub"lu şam ağacımız Azərbaycanın müxtəlif guşələrindən olan balaların arzuları ilə bəzədilib.
24.12.2021
"ASAN Məktub" sosial proqramı sevindirməyə davam edir.😍
Bu dəfə sosial proqram "TuranBank" la tərəfdaşlıq çərçivəsində Sumqayıt və Balakən regionunun kiçik sakinlərinin istək məktublarını gerçəkləşdirib.
17.12.2021
Bu dəfə “ASAN Məktub” komandası Tərtər rayonundan olan uşaqların arzu məktublarını yazdırıb.
Qeyd edək ki, digər regionlarda da məktubların yazdırılması prosesi davam edir.
03.12.2021
"Hilton Baku" və “ASAN Məktub” bu qış Yeni İl arzularını birlikdə gerçəkləşdirəcək. 💌
Belə ki, 3-14 yaş arası uşaqlar tərəfindən arzularını yazdıqları “ASAN məktub”lar Hilton oteldə olan şam ağacının üzərində yerləşdiriləcək.
02.11.2021
“ASAN Məktub” bu dəfə Şəmkirin dağ kəndlərinin balaca sakinlərini sevindirdi.😍
“ASAN Könüllüləri” Təşkilatı və 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Nurlan Həsənovun ( Dr. Nurlan Hasanov) birgə təşkilatçılığı ilə “ASAN Məktub” sosial proqramı çərçivəsində Şəmkir rayonunun Ələsgərli və Dağ Daşbulaq kəndində 57 aztəminatlı uşağın əlçatan arzuları gerçək oldu.
01.10.2021
Beynəlxalq Musiqi Gününə həsr olunmuş tədbir baş tutub!
“ASAN” Könüllüləri Təşkilatının “ASAN Məktub “sosial proqramı və “Mədəniyyət carçısı” proqramı çərçivəsində 2 nömrəli uşaq reabilitasiya mərkəzində 1 oktyabr - Beynəlxalq Musiqi Gününə həsr olunmuş tədbir baş tutub.
25.09.2021
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib!
Bakcell şirkəti və “ASAN Könüllüləri” Təşkilatı yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncədə yaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib.
11.09.2021
“ASAN Məktub” yenə sevindirməyə davam edir!
Şamaxı rayonunda yaşayan 15-dək az təminatlı və qazi ailələrinin uşaqlarının bir müddət əvvəl "ASAN Məktub" sosial proqramına müraciətləri qeydə alınıb.
10.09.2021
Qubadan olan uşaqların istəkləri gerçəkləşdirilib! 💌
Quba rayonunda yaşayan 15 -dək az təminatlı və qazi ailələrinin uşaqlarının bir müddət əvvəl "ASAN Məktub" sosial proqramına müraciətləri qeydə alınıb.
03.09.2021
Ağcabədidən olan uşaqların istəkləri gerçəkləşdirilib!
Ağcabədi rayonunda yaşayan 30-dək az təminatlı və qazi ailələrinin uşaqlarının bir müddət əvvəl "ASAN Məktub" sosial proqramına müraciətləri qeydə alınıb.
27.08.2021
"ASAN Məktub" sosial proqramı tərəfindən təlim baş tutub!
"ASAN Könüllüləri" Təşkilatının Bakı "ASAN xidmət" mərkəzləri üzrə nümayəndəlikləri ilə "ASAN Məktub" sosial proqramı arasında təlim baş tutub.
20.08.2021
“ASAN Məktub” sosial proqramı çərçivəsində rəsm master klassı baş tutub!
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Ümid Yeri” Uşaq Sığınacağında rəsm master klassı baş tutub.
25.06.2021
Arzular gerçəkləşir!
ASAN Məktub bu dəfə “Nur” Uşaq Evində.
18.06.2021
“Sevinc Payı” layihəsi davam edir.
“ASAN Məktub” sosial proqramı və "Bravo" marketlər şəbəkəsinin əməkdaşlığı çərçivəsində “Sevinc Payı” layihəsi davam edir.
01.06.2021
1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı “Hədiyyə Karvanı” layihəsinin açılış mərasimi keçirilib.
Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı şəhidlərimizin övladları üçün “Hədiyyə Karvanı” layihəsinin açılışı baş tutub.