055 - 844 93 92
055 - 844 94 02
info@asanmektub.az

ASAN Məktub - Təlimat

Hörmətli vətəndaş, ilk öncə sizə bu sosial layihəyə qoşulduğunuz üçün dərin minnətdarlığımızı bildirir və layihə çərçivəsində öhdəliyinizə götürdüyünüz təqdirdə məktubla bağlı görüləcək işlərə dair təlimatları nəzərinizə çatdırırıq:

  1. Bildirmək istəyirik ki, öhdəliyinizə götürdüyünüz bir məktubla sayıla bilməyəcək qədər böyük sevincə səbəb olacaqsınız, bunun üçün həqiqətən məktubda qeyd olunanları reallaşdırmaq istədiyiniz təqdirdə müraciət etməyiniz xahiş olunur.
  2. Alınan hədiyyələr yeni alınmış və tamamilə işlənməmiş olmalıdır.
  3. Sizinlə əlaqə saxlanılması üçün, müraciətinizdə qeyd etdiyiniz e-poçt adresi və əlaqə telefonu işlək vəziyyətdə olmalıdır.
  4. Məktubu öhdəliyinizə götürdüyünüz anda Sizə dərhal müraciətinizin qeydə alınması ilə əlaqədar mail ünvanlanacaq (e-poçt adresi qeyd etdiyiniz təqdirdə) və ən qısa zamanda (ən geci 3 iş günü müddətinə) ASAN Qasid vasitəsilə Sizinlə əlaqə yaradılacaqdır.
  5. Şəffaflığın qorunması məqsədilə məktubların reallaşdırılması pul vəsaiti formasında nağd və ya nağdsız ödəniş şəklində deyil, bilavasitə hədiyyələrin təqdim olunması şəklində nəzərdə tutulmuşdur.
  6. Hədiyyələrin alınması və təqdim edilməsi aktlaşdırılır.
  7. Layihə çərçivəsində hər iki tərəfin şəxsi məlumatlarının məxfiliyi tamamilə təmin olunur.
To Top ↑