055 - 844 93 92
055 - 844 94 02
[email protected]

"ASAN Məktub" uşaqları sevindirməyə davam edir

"Asan Məktub" yenidən uşaqları sevindirməyə davam edir. Layihə təkcə hədiyyələrin alınması ilə kifayətlənməyib Uşaq evlərinin sakinlərinin şəxsiyyət vəsiqələri ilə bağlı müraciətlərini reallaşdırmağa başlayıb.Uşaq sığınacaqlarının birindən "ASAN Məktub" layihəsinə sakinlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasıyla bağlı müraciətlər olunmuşdur. Bu müraciətləri nəzərə alaraq qısa müddətdə uşaqlar tibbi muayinədən keçirilmişdir. "ASAN Könüllüləri Təşkilatı"nın “ASAN Məktub” (www.asanmektub.az) layihəsi çərçivəsində, 5 mart tarixində səyyar formada Suraxanı rayonu 2 saylı uşaq evinin 14 sakininə şəxsiyyət vəsiqəsi verimişdir.

To Top ↑