055 - 844 93 92
055 - 844 94 02
[email protected]

"ASAN Məktub" 2 yaşını qeyd etdi

130 müraciətlə fəaliyyətə başlayan "ASAN Məktub" 18 mart 2017- ci ildə 2 yaşını qeyd etdi. 2 il ərzində www.asanmektub.az saytına 1262 müraciət daxil olmuşdur. 

Bu müddət ərzində "ASAN Məktub" Azərbaycanın demək olar ki, bütün bölgələrində olan uşaqların arzularını reallaşdırmışdır. Belə ki, cəbhə bölgəsində , ucqar və aran rayonlarında, eləcə də Bakı ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarının məktubları www.asanmektub.az saytına yerləşdirilmişdir.

18 mart 2017-ci ildə Qəbələ “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Bakcell”, “FAB Boya və Kimya Sənayesi MMC” və “Gilan Holding”in birgə dəstəyi ilə “ASAN Məktub” layihəsinin 2 yaşı ilə bağlı tədbir keçirilib.Tədbirdə Qəbələ rayonundan olan 37 uşağın istək məktubu reallaşdırılıb, eyni zamanda uşaqlar üçün Novruz Bayramı şənliyi təşkil edilib. Bayramın simvolu sayılan Kosa və Keçəl uşaqlara sevinc dolu anlar yaşadaraq onlara hədiyyələr təqdim edib.Tədbirin sonunda “Azərbaycan Fotoqraflar Birliyi”nin “İslam həmrəyliyi” mövzusunda fotosərgisi keçirilib. Tədbirdə göstərdiyi dəstəyə görə "AZ-CAKE MMC" yə təşəkkürlər.

To Top ↑