055 - 844 93 92
055 - 844 94 02
[email protected]

"Hər uşaq bir çiçəkdir"

 “ASAN Məktub” və “Sevimli Bala” uşaq klubunun birgə təşkilatçılığı ilə ənənəvi “Hər Uşaq Bir Çiçəkdir” layihəsi baş tutub. Layihə çərçivəsində ASAN Könüllüləri və “Sevimli Bala” kollektivi “Ümid yeri” uşaq sığınacağında məskunlaşmış uşaqlarla birgə maraqlı və əyləncəli bir gün keçirərək onlara xoşbəxt anlar bəxş ediblər. Qeyd edək ki, hər il Gül bayramında təşkil olunan “Hər uşaq bir çiçəkdir” layihəsinin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlara özlərini xüsusi hiss edəcəkləri gün bəxş edilməsi, onların cəmiyyətə yenidən qazandırılmasından ibarətdir. Göstərdiyi köməkliyə görə “Bella pizza”ya təşəkkür edirik 

To Top ↑