055 - 844 93 92
055 - 844 94 02
[email protected]

"ASAN Məktub" "Yaşa Azərbaycan" festivalında

Füzuli rayonunun Horadiz şəhərində keçirilmiş 28 May Respublika Gününün 99-cu il dönümünə həsr olunmuş "Yaşa Azərbaycan" festivalı çərçivəsində uşaqlar da diqqətdən kənarda qalmayıb. "ASAN Məktub” layihəsi hər zaman olduğu kimi uşaqların sevincinə səbəb olub. Belə ki, Füzuli rayonunun cəbhə xəttində yerləşən Qazaxlar kənd tam orta məktəbində 18 uşağın www.asanmektub.az saytı vasitəsilə vətəndaşlara ünvanladıqları məktublara cavab olaraq alınmış hədiyyələr onlara verilib.

To Top ↑