055 - 844 93 92
055 - 844 94 02
info@asanmektub.az

"ASAN Məktub" və BRAVO-nun Bayram payi layihəsi

Novruzda sevinc bəxş etmək qədim ənənə hesab olunur. Bayram da hər uşaq yeni paltar geyinmək, hədiyyə almaq istəyər. Bayram abu-havasının bütün ailələrdə yaşatmaq üçün balaca simaların arzularını reallaşdıra bilərsiniz. “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsi çərçivəsində  20 Yanvar m/s yaxınlığı və Əhmədli qəsəbəsindəki BRAVO hipermarketlərdə yerləşən Bahar ağacında sənin dəstəyini gözləyən uşaqların arzuları yer alıb. Mart ayının 1-dən başlayan “Bayram payı” adlı xeyriyyə kampaniyası ay ərzində davam edəcək. Nəzərinizə çatdıraq ki, Bahar ağacının üzərindəki arzular saytımızda yerləşdirilən məktublardan götürülmüşdür.

Qeyd edək ki, bundan öncə Yeni il ərəfəsində “ASAN Məktub”la “BRAVO” Hipermarketlərinin birgə əməkdaşlığı çərçivəsində “Bir qəlbi də sən isit” aksiyasında 200-ə yaxın uşağın arzusu gerçəkləşmişdir.

 

 

To Top ↑