055 - 844 93 92
055 - 844 94 02
info@asanmektub.az

Sevimli Bala konsertindən "ASAN Məktub"a dəstək

2018-ci il martın 15-i Şəhriyar Adına Bakı Mədənniyət Mərkəzində Sevimli Bala layihəsinin 4-illiyinə həsr olunan “Yuxu” adlı xeyriyyə konserti baş tutdu. Bayram konserti Sevimli Bala uşaq klubları şəbəkəsinin peşəkar komandası tərəfindən təşkil olundu və ən yaxşı şagirdlərin iştirakı ilə keçirildi.  
Tədbir teatrın foyesində Art-sinifi və Gənc Modelyer kursu şagirdlərinin işlərindən ibarət olan kiçik sərgi ilə başladı. Sərgi zamanı qonaqlar gənc istedadların gözəl əsərlərinə və  ustalıqlarına tamaşa edə bildilər. Daha sonra qonaqları əsl musiqili tamaşa və əsrarəngiz yuxu dünyasına səyahət gəzləyirdi. Səhnə, ard-arda çıxış edən istedadlı uşaqların yaradıcı ruhu ilə dopdolu idi. Tamaşaçılar, səhnədə gəzən tablolar, rəqs edən kovboylar, hərəkətli buludlar və digər çıxışları təbəssüm və riqqətlə izlədilər.
Qeyd edək ki, konsertdən əldə olunan vəsaiti Sevimli Bala, aztəminatlı ailələrin uşaqlarının arzularının reallaşdırılması məqsədi ilə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinə yönləndirib. Layihə çərçivəsində 3-14 yaş arası uşaqların istəklərinin yer aldığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və həmin məktublarda qeyd olunan arzular vətəndaşlar və ya şirkətlər tərəfindən öhdəliyə götürülərək reallaşdırılır.
 Ümumiyyətlə, sosial və xeyriyyə layihələrinin təşkili və həyata keçirilməsi Sevimli Bala işçi heyəti üçün böyük əhəmiyyət kəsb edir. İDEA və ASAN Könüllüləri ilə birgə həyata keçirilən layihələr Sevimli Bala-nın fəaliyyətinin vacib hissələrindən biridir. Bu layihələr çərçivəsində, Sevimli Bala uşaqlarda insanlara, təbiətə qarşı sevgi və ətraf mühitin qorunmasını təbliğ etdirir.

 


15 марта 2018-го года в Бакинском Культурном Центре имени Шахрияра состоялся благотвориельный концерт “Yuxu”, посвящённый 4-летию проекта Sevimli Bala. Концерт был организован дружной командой профессионалов сети клубов Sevimli Bala и проведён при участии лучших учеников и учениц.
Началось мероприятие с небольшой выставки работ учеников Арт-класса и курсов Молодого Дизайнера в фойе Культурного Центра, во время которой гости смогли ознакомится с прекрасными работами и отточенным мастерством молодых талантов. Далее гостей ожидал настоящий мюзикл, в котором зрители окунулись в сказочный мир сна. Один за другим сцена переполнялась творческим духом талантливых детей. Улыбка и умиление не сходили с лиц зрителей наблюдающих за сценой ходячих картин, танцующих ковбоев, перемещающихся облаков, грозных демонов и еще много всего другого.
Отметим, что собранные с концерта средства Sevimli Bala, направили на проект Организации “ASAN Könüllüləri” ASAN Məktub (www.asanmektub.az) который, реализует мечты детей из малообеспеченных семей. В рамках проекта, письма детей в возрасте от 3 до 14 лет, размещаются на сайте www.asanmektub.az и всё указанное в этих письмах обеспечивается со стороны граждан или компаний.
           В целом, организация и реализация социальных и благотворительных проектов имеют большое значение для сотрудников Sevimli Bala. Проекты реализуемые совместно с IDEA и ASAN Волонтёрами, являются важной частью деятельности компании. Посредством данных проектов, Sevimli Bala способствует популяризации среди детей любви к людям, природе и защите окружающей среды.

To Top ↑