055 - 844 93 92
055 - 844 94 02
info@asanmektub.az

26 Sen 2018 "ASAN Məktub" layihəsi sevindirməyə davam edir!

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsi çərçivəsində “Bilik günü” ilə əlaqədar olaraq “Deloitte & Touche” şirkətinin tərəfdaşlığı, “Personaj Agency” və “Qafqaz Sport Otel”in dəstəyi ilə Qəbələ şəhərində yaşayan, www.asanmektub.az saytında öz arzularını yerləşdirən 20 uşağa hədiyyələr verilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

Qeyd edək ki, indiyədək www.asanmektub.az saytına 2531 müraciət olub və bunlardan 2499 reallaşdırılıb, sizdə sayta daxil ola və kiçik arzuların reallaşdırılmasında dəstək ola bilərsiniz.

To Top ↑