Xəbərlər

“ASAN Məktub” arzuları gerçəkləşdirir

“ASAN Məktub” çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı, “Bakcell” şirkəti və "Məktəblinin Dostu" layihəsinin birgə əməkdaşlığı ilə "Bilik Günü" ərəfəsində tədbir keçirilib.

Tədbirdə 284 nömrəli məktəbdə təhsil alan 25 şagirdə “Bakcell” şirkəti tərəfindən məktəbli çantası və ləvazimatları hədiyyə edilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

İndiyədək www.asanmektub.az saytına 3757 müraciət olub və bunlardan 3664-ü reallaşdırılıb.

Siz də sayta daxil olaraq kiçik arzuları reallaşdıra bilərsiniz.

  • 13.09.2019